Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:26

Rəsul Quliyev ACP-nin liderliyindən imtina etdiyini bildirib



ABŞ-da mühacirətdə olan parlamentin sabiq spikeri Rəsul Quliyev facebook səhifəsində yaydığı videoçıxışında belə deyir.

“Mən Azərbaycanda qlobal demokratiya uğrunda düzgün mübarizə aparan hər bir təşkilatın yanında olmaq istəyirəm.

Çox ümid edirəm ki, Açıq Cəmiyyət Partiyası (ACP) da həmin bu xətti götürəcək. Sözsüz mən ACP-nin də yanında olacam, amma partiyanın lideri titulundan imtina edirəm və Azərbaycan xalqının xoşbəxt gələcəyini görməyimə ümid edirəm” deyən Rəsul Quliyev bildirir.

Rəsul Quliyev 1996-cı ilin sentyabrında Milli Məclisin sədri postundan istefa verib. Həmin ildən ABŞ-da mühacir həyatı yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG