Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:21
-
Oktyabrın 17-si Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin yekun nəticələrini elan edəcək.

Bu barədə AzadlıqRadiosuna qurumun mətbuat xidmətindən məlumat verilib. Seçkinin nəticələri oktybarın 19-a qədər Konstitusiya Məhkəməsinə göndərilməlidir.

Oktyabrın 9-da Azərbaycanda prezident seçkiləri keçirilib. Seçkilərdə hazırkı dövlət başçısı olmaqla 10 nəfər mübarizə aparıb.

MSK-nın açıqladığı ilkin məlumata görə, Yeni Azərbaycan partiyasının namizədi İlham Əliyev 84,55 faiz, Milli Şuranın namizədi Cəmil Həsənli 5,53 faiz səs toplayıb. Digər namizədlər arasında səslərin faizlə bölgüsü belədir:

Ağa-zadə İqbal Fehruz oğlu - 2.40 %

Həsənquliyev Qüdrət Müzəffər oğlu – 1,99 %

Oruc Zahid Məhərrəm oğlu – 1,45 %

İsmayılov İlyas Abbas oğlu- 1,07 %

Əlizadə Araz Məmməd Mübariz oğlu – 0,87 %

Quliyev Fərəc İbrahim oğlu -0,86 %

Hacıyev Hafiz Ələmdar oğlu – 0.66 %

Məmmədov Sərdar Calal oğlu - 0,61 %

Şərhləri göstər

XS
SM
MD
LG