Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:15

E.Aslanov: ABŞ-ın təkzibinin... nə olduğunu «Wikileaks» nümunəsində gördük


Elnur Aslanov
Elnur Aslanov
-
«Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qeyd etdiyi rəqəmləri ABŞ tərəfi, konkret olaraq, səfir Morningstar Azərbaycan Prezidenti Administrasiyası və hökumət nümayəndələri ilə görüşlərdə deyib».
Gün.Az-ın yazdığına görə, bu sözləri Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov söyləyib və daha sonra fikrini belə davam etdirib:
«Biz bağlı qapılar arxasında görüşlərdə bir şey deyib, mətbuat üçün başqa açıqlama verilməsini qəbul edə bilmərik. ABŞ Dövlət Departamentinin mövqeyinə gəlincə, demək lazımdır ki, onların təkzibinin və real addımlarının nə olduğunu dünya «Wikileaks» məsələsinin nümunəsində gördü».
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev seçkidən sonra bir neçə mediaya verdiyi müsahibəsində ABŞ rəsmilərinin onlara prezident seçkilərində Milli Şuranın namizədinə 25, YAP namizədinə isə 74-75 faiz səs verməyi tövsiyə etdiyini demişdi.

ABŞ-ın Azərbaycandaklı səfirliyi Ramiz Mehdiyevin dediklərini yalan, ABŞ Dövlət Departamentinin sözçüsü isə tamamilə saxta adlandırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG