Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:15

Abbas Abbasovdan Orxan Zeynalov məsələsinə münasibət


Abbas Abbasov Orxan Zeynalov məsələsinə münasibət bildirib

“Hər kəs bilirdi ki, bu bazarlar Moskva şəhərinin ərazisində mövcduddur. Hər gün ora gedirdilər. Bu bazarlara gələnlər kosmosdan gəlmirlər ki. Orxan Zeynalov Rusiyaya kosmosdan uçub gəlməyib. O, sərhədi, gömrüyü keçib".

ANS PRESS-in məlumatına görə, bunu Rusiya Azərbaycanlıları İttifaqı “AzerRos” Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Rusiyada iğtişaşlara səbəb olan qətl hadisəsi ilə bağlı “Dojd” telekanalına müsahibə verərkən bildirib.

O deyib ki, viza tədbiq etmək öz ölkəsinin təhlükəsizliyinin təmin etmək itəyən hər bir ölkənin haqqıdır. Hər bir vətəndaş yaşadığı ölkənin qanunlarına riayət etməlidir.

"Amma bir insanın şablon kimi istifadə etmək yaxşı xüsusiyyət deyil. Orxan Zeynalov cinayət törədib, sübut ediblər, etiraf edibsə qoy Rusiya Federasiyasının qanunlarına uyğun olaraq ən ağır şəkildə cəzalandırılsın. Amma şablonlaşdırmaq və bu xalqın bütün üzvlərini bura aid etməklə razı deyiləm".

O, bütün regionlarla əlaqə saxladığını və təmkinli olmağa çağırdığını deyib.

Abbas Abbasov Rusiyada yaşayan azərbaycanlıların baş verən hadisələrdən çox təəssüfləndiyini bildirib. Mərhumun ailəsinə başsağlığı verib və heç bir halda qətldə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovu dəstəkləmədiyini vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG