Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:28
-
Günün media icmalı (17 oktyabr)

“RUSİYA ÖLKƏMİZƏ HƏDƏ-QORXU GƏLMƏK ÜÇÜN FÜRSƏT TAPIB”

“Yeni Müsavat” Orxan Zeynalovla bağlı hadisəyə toxunur. Qəzet yazır ki, “Moskvadakı qətl Azərbaycana qarşı təxribata çevrilir. Rusiya hakimiyyətinin hadisəyə verdiyi reaksiya dazbaş millətçilərin zopalarından daha təhlükəlidir və sərtdir. Kremlin ölkəmizə hədə-qorxu gəlmək üçün fürsət tapıb”.

SOBCHAK ORXAN ZEYNALOVUN SAXLANMASINDAN DANIŞIR...

Rusiyanın tanınmış teleaparıcısı Kiseniya Sobchak qətldə şübhəli bilinən azərbaycanlı Orxan Zeynalovun Moskvada həbs olunması ilə bağlı yayılan videonu şərh edib. Jurnalist öz tvitter səhifəsində yazır:

“Qısası, görünür bizim Bin Laden tutulub, ölkə xilas oldu. Belə bir təssürat yaranır ki, Orxan Zeynalovun tutulmasının prodüseri Rodnyanskiydir, filmi isə Fyodor Bondarçuk çəkib”

“AZƏRBAYCANDA RADİKAL MÜXALİFƏT YOX, RADİKAL İQTİDAR VAR”

Bunu “Azadlıq” qəzeti müsahibəsində Müsavat partiyası İcra Aparatının rəhbəri Arif Hacılı deyib.

“İqtidar cəmiyyətdə sərbəst düşüncəli insanların olduğunu, pluralist cəmiyyətin qurulmasının vacibliyini qəbul etmək istəmir.

AZƏRBAYCAN DÜNYA QUL REYTİNQİNDƏ 51-CİDİR

“Media forum” saytı dünya qul reytinqində Azərbaycan 162 ölkə arasında 51-cidir.

Sayt Avstraliyanın Walk Free Foundation hüquq müdafiə təşkilatı ilk dəfə oktyabrın 17-də dünya qul reytinqini açıqladığını yazır.

“İlk onluqda Mavritaniya, Haiti, Pakistan, Hindistan, Nepal, Moldova, Benin, Fil Dişi Sahili, Qambiya, Qabon dayanır.

Ən yaxşı vəziyyət isə İslandiya, İrlandiya, Böyük Britaniya, Danimarka, Finlandiya, Lüksemburq, Norveç, İsveç, İsveçrə və Yeni Zellandiyadadır.

Tədqiqatçılar Azərbaycanı 51-ci yerdə göstərib. Yaxın qonşulardan Rusiya 49-cu, Gürcüstan isə 50-ci pillədə dayanır.

Dünya qul reytinqini tərtib edənlər insanlarla mülkiyyət kimi davranış, kredit verənlərdən asılılıq, nikaha məcbur etmə kimi meyarları əsas götürürlər. Onların hesablamasına görə, hazırda dünya 29,8 milyon qul var”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG