Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:18

ABŞ liderləri razılşama əldə ediblər


Senator Susan Collins (Sağda gülən qadın) Senator John McCain-lə (ortada) Vaşinqtonda tərəflərin əldə etdikləri razılıq haqqında məlumat verirlər. 16 oktyabr 2013.

Senator Susan Collins (Sağda gülən qadın) Senator John McCain-lə (ortada) Vaşinqtonda tərəflərin əldə etdikləri razılıq haqqında məlumat verirlər. 16 oktyabr 2013.

-

ABŞ-da oktyabrın 17-də gözlənən borc müflisləşməsinə saatlar qalmış Senatının Demokrat və Respublikaçı liderləri ölkənin borc limitinin həddini qaldirmağa razılaşdıqlarını bildirirər.

Bu razılaşma həmçinin oktyabrın 1-də işi dayanmış federal hökumət idarələrinin də fəaliyyətinin bərpasını nəzərdə tutur.

Senatın Demokrat lideri Harry Reid bildirir ki, amma tərəflər yalnız gələn ilin yanvarına qədərki müddətə qədər razılaşıblar. ABŞ qanunvericiləri 2014-cü ilin əvvəlindən büdcə ilə bağlı uzunmüddətli razılıq əldə etməlidirlər.

Bugünkü razılaşma həmçinin ABŞ-da “Obamacare” adlanan prezident Barack Obamanın səhiyyə proqramında dəyişiklikləri nəzərdə tutur. Qanunvericilər saxta sənədlərlə bu proqramdan sui-istifadə edib yardım götürmək cəhdlərinin qarşısını almaq üçün şərtləri razılaşdırıblar.

İndi Demokratlar və Respublikaçıların bu razılaşmaları Senatda və Nümayəndələr palatasında da təsdiq edilməlidir. Respublikaçıların lideri Mitch McConnel bildirib ki, onun partiyasının üstünlük təşkil etdiyi Nümayəndələr palatasında sabah – oktyabrın 17-də sənədin asanlıqla qəbul olunacağına inandığını deyib.

ABŞ prezidenti tərəflər arasında razılaşmanı alqışladığını bildirərək federal hökumətin fəaliyyətinin bərpa olunması müflisləşmə təhlükəsinin aradan qalxması üçün Senat liderlərinin birgə işləməsinin vacib olduğunu deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG