Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:51

Avropa Parlamentinin komitəsində qrumun Azərbaycanda seçkilərlə bağlı hesabatı tənqid edilib


Ulrike Lunacek

Ulrike Lunacek

Avropa Parlamentinin xarici məsələlər üzrə komitəsi Azərbaycanda keçirilmiş prezident seçkiləri və Avropa parlamentinin seçkini müşahidə missiyasının seçiylə bağlı qərarını müzakirə edib.

Yaşıllar Avropa Azad Alyans qrupu missiyanın rəsmi hesabatını kəskin tənqid edib.
Yaşılların xarici məsələlər üzrə sözçüsü Ulrike Lunacek:

“Avropa Parlamentinin Azərbaycandakı seçki ilə bağlı hesabatı saxtadır və ATƏT-in Demokratik Təsisatlar və İnsan haqları Bürosu və xeyli yerli müşahidəçilərin dediklərinə kəskin şəkildə ziddir.
Avropa Parlamentinin hesabatında boğucu mühit, insan haqlarının pozulması, siyasi müxalifətin təqib olunması və əsas demokratik prinsiplərinin məhdudlaşdırılmasını əks etdirmir.
Yaşıllar Avropa Azad Alyans qrupu Avropa Parlamenti nümayəndə heyətinin bu bəyanatını dəstəkləmir və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə eləmiş missiyasının rəhbəri Tane de Zulieta ilə görüş istəyir”
XS
SM
MD
LG