Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:58

Ay müştəri, gəl, səsimi satıram!


Əfqanıstan - qadın öz seçici kartını nümayiş etdirir, 27 iyul 2013

Əfqanıstan - qadın öz seçici kartını nümayiş etdirir, 27 iyul 2013

-

Marco Əfqanıstanın şərqindəki kiçik şəhərlərindəndir. Şəhərin küçələrində əlində bir dəstə seçici kartı tutub müştəri gəzən işbazlar görmək olar. Prezident seçkiləri ərəfəsində Əfqanıstanda yeni “biznes” növü çiçəklənir.

Alverçilərdən biri Kərim Ağanın işləri pis getmir, bəzən iri partiyalarla da seçici kartı sata bilir:

“Bəzən bura gəlib 500, yaxud 1000 seçici kartı almaq istəyənlər də olur”.

O deyir ki, kəndlərdən seçici kartının birini 200 Pakistan rupisinə ($1.89) alıb 500-1000 rupi arası qiymətə satır.

Kərim Ağanın sözlərinə görə, onun məşğul olduğu alverdə kriminal heç nə yoxdur. Camaat özü seçmək hüququnu satır ki, balalarına çörək pulu eləsin. Digər tərəfdən isə həmin seçici kartlarını almaq istəyən zəngin insanlar var.

Əfqanıstanda bir çox qadınların fotoşəkli olmadığı üçün onların seçici kartı ilə başqalarının səs verməsi fırıldağı nadir rast gəlinən hadisə deyil.

Əfqanıstanda prezident seçkiləri gələn il aprelin 5-də keçiriləcək.
Abdullah Abdullah

Abdullah Abdullah


Seçkiyə xeyli vaxt qalır, amma bəzi namizədlər indidən seçici kartları ilə alverin görünməmiş həddə çatdığı barədə xəbərdarlıq edir, bunun azad və ədalətli seçki keçirməyə mane olacağını deyirlər.

Rəhmət Xan da Marco sakinidir. O deyir ki, ötən seçkilərdə də belə alver olmuşdu. Buna görə də onlar yerli hökumət və seçki Qayum Karzai

Qayum Karzai

komissiyasından tələb edirlər ki, belə fırıldaqları önləsinlər.

Bir çoxları düşünür ki, belə xaosdan Taliban istifadə edə və hakimiyyətə gələ bilər.

Azizullah Ludin ötən seçkilərdə Əfqanıstanın Mərkəzi Seçki Komissiyasının sədri olub, indi özü də prezidentliyə namizədliyini irəli sürüb:

“Əgər insanlar öz səslərini ucuz qiymətə satırlarsa, deməli bu ölkədə demokratiya alver predmetinə çevrilib və seçki xalqın iradəsini ifadə etmir. Belə şeylərə nəzarət lazımdır. Pulla səs alan namizəd öz xalqını aldadır. Buna görə məsuliyyət daşımalıdır”.

2014-cü ildə Amerika döyüş dəstələrini Əfqanıstandan çıxaracaq.

Konstitusiyaya görə, indiki prezident Həmid Kərzainin 3-cü müddətə namizədliyini irəli sürmək haqqı yoxdur.

Namizədlər arasında onun qardaşı Qayum; keçmiş xarici işlər nazirləri Zalmai Rasul; Abdullah Abdullah, keçmiş səhra komandiri və hazırkı deputat Abdul Rab Rasul Sayyaf da var.

Əfqanıstandakı vətəndaş müharibəsi zamanı bu namizədlərin bəziləri cəbhənin əks tərəflərində olublar. Buna görə də seçki fırıldaqlarının ciddi qarşıdurmaya səbəb ola biləcəyini proqnozlaşdıranlar da var.

Mərkəzi Seçki Komissiyası hələ ki seçki kartlarının alınıb-satılmasına münasibət bildirməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG