Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:56

Hər gün 842 milyon insan doyunca yemək tapa bilmir


Kenyadan 50 yaşlı qadın ailəsinə su aparır. 21 iyul 2011
Kenyadan 50 yaşlı qadın ailəsinə su aparır. 21 iyul 2011
-
BMT-nin hesablamalarına görə, dünya üzrə aclıq səviyyəsi son 21 ildə bir qədər azalsa da, hələ də 2 milyard adam «gizli aclıq» adlanan pis qidalanmadan əziyyət çəkir.

BMT-nin Baş katibi Ban Ki-Moon 16 Oktyabr - Dünya Ərzaq Günü münasibətilə yaydığı müraciətində qeyd edir ki, hazırda hər gün 842 milyon insan bolluq dünyasında aclıq çəkir:

«İki milyard insan «gizli aclıq» adlanan pis qidalanmadan əziyyət çəkir. Pis qidalanma həmçinin 1.4 milyard insanın çəkisindən artıq olması, təxminən 1/3 hissəsinin kök olması və ürək-damar, şəkər və ya digər xəstəliklər təhlükəsində olması deməkdir».

Baş katib müraciətində BMT-nin Sıfır Aclıq Çağırışçını xatırladır və hər kəsi bu çağırışa səs verməyə səsləyir.

BMT Dünya Ərzaq Günü ilə bağlı xüsusi hesabat da hazırlayıb. Sənədə görə, 1990-1992-ci illərdə Azərbaycanda əhalinin 23.8 faizi qida çatışmazlığından əziyyət çəkib. 2000-2002-ci illərdə bu rəqəm 10.1 faizə, sonrakı illərdə isə 5 faizdən aşağı düşüb.

Sənədə görə, qida çatışmazlığı sahəsində Azərbaycanın qonşularında vəziyyət aşağıdakı kimi olub:


BMT-nin hesabatında aşağıdakı əsas məqamlar vurğulanır:

- 2011-2013-cü illərdə 842 milyon adam, başqa sözlə, dünyada hər 8 nəfərdən biri xroniki aclıqdan əziyyət çəkir. Onlar faktiki olaraq aktiv yaşam üçün yetəcək qədər qidalana bilmirlər. Amma ac insanların sayı ildən-ilə azalır. 1990-1992-ci ilə baxanda, dünyada aclıqdan əziyyət çəkənlərin sayı 17 faiz azalıb.

- İnkişaf etməkdə olan regionlarda son 21 ildə qida çatışmazlığı problemi sürətlə aradan qalxır və 2015-ci ildə əvvəlcədən müəyyən edilmiş aşağı həddə çatması gözlənir. Amma bu məqsədə nail olunması üçün əlavə cəhdlərə ehtiyac var.

- İnkişaf gəlirləri artıra və aclığı azalda bilər. Amma yüksək iqtisadi inkişaf heç də hamını zəngin etmir. Ölkələrin siyasəti xüsusilə kasıb kənd rayonlarına yönəlməsə, iqtisadi inkişaf heç də hamıya yaxşı iş vəd etmir. Kasıb ölkələrdə davamlı deyil, yalnız əhatəli iqtisadi inkişaf aclıq və səfalətin qarşısını ala bilər.

- Afrika hələ də aclığın yüksək olduğu region olaraq qalır. Qərbi Asiyada bu sahədə ciddi uğurlar gözə dəymir. Amma Qərbi Asiya və Şimali Afrikada zəif də olsa irəliləyişlər var. Şərqi və Cənubi Asiya, eləcə də Latın Amerikası ölkələrində isə ciddi geriləmələr müşahidə edilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG