Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:49
İranın xarici işlər naziri Javad Zarif Tehranın qarşıdakı həftələrdə aparıcı 6 dünya ölkəsi ilə nüvə danışıqlarını davam edəcəyini deyib.Onun bu bəyanatı bir daha Cenevrə danışıqlarında irəliləyiş olduğunu göstərir.

İran çərşənbə axşamı Cenevrə danışıqlarında məsələnin həlliylə bağlı yeni təklif verib İran xarici işlər nazirinin müavini Abbas Araqchi bu planın beynəlxalq müfəttişlərin onun nüvə obyektlərində yoxlama aparmasına imkan verdiyini deyir.

İran ona qarşı tətbiq edilmiş beynəlxalq sanksiyaların yüngülləşdirilməsini istəyir.Böyük Britaniyanın xarici işlər naziri William Hague isə xəbərdfarlıq edib ki, sanksiyaların yüngülləşdirilməsi faktiki tərəqqidən aslıdır.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır. Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG