Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:49
Oktyabrın 16-da Moskvanın İzmaylovo rayonunda Azərbaycan vətəndaşı olan Ruslan Qaraxanlı qətlə yetirilib.

Moskva polisinin məlumatına görə, onun meyiti çoxsaylı bıcaq yarası ilə İzmaylovo rayonunda- ticarət mərkəzinin yanındakı dayanacaqda aşkar edilib.Faktla bağlı cinayət işi açılıb.

Bu , Moskva sakini Yegor Şerbakovun Biryulovo rayonunda qətlindən sonra baş verib.
Qeyd edək ki, bu qətldə şübhəli bilinən azərbaycanlı Orxan Zeynalov həbs edilib və onun günahını boynuna aldığı bildirilir.Orxan Zeynalov həmin rayondakı meyvə-tərəvəz bazasında çalışırdı.

Bu insident iğtişaşlara səbəb olub, azı 23 nəfər xəsarət alıb, yüzlərlə adam saxlanıb.Polis reydləri davam etdirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG