Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:06

İsveçrəlinin Naxçıvan təcrübəsi


Naxçıvan, Nuh peyğəmbərin məqbərəsi

Naxçıvan, Nuh peyğəmbərin məqbərəsi

-
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

«Şərq qapısı» - 15.10.2013

Mənim Naxçıvan təcrübəm

Naxçıvana enərkən gözəl mənzərə ilə qarşılaşdım! Nuhun gəmisini zədələmiş dağ silsilələri ilə birləşən İlandağ gözlərimizi və qəlbimizi sevindirir. Bakıdan Naxçıvana təyyarə ilə səfər edən kəs, gərək təyyarədə pəncərənin qırağında əyləşsin və təyyarə enərkən qətiyyən yatmasın!

Enişdən bir neçə dəqiqə sonra biz balaca bir hava limanını tərk edirik və 15 dəqiqə dolmadan şəhərin mərkəzində yerləşən mehmanxanaya yerləşirik. Bizim Naxçıvan, daha dəqiq desək, Azərbaycanın muxtar respublikası haqqında ilk təəssüratımız olduqca müsbətdir: küçələr və binalar qərb şəhərini xatırladır. Müxtəlif tikililər, şübhəsiz, yenə də Azərbaycanın keçmişinin şahididir.

Naxçıvan insanı əsəbiləşdirən avtomobil siqnalları, tələsən avtomobillər və avtomobil xaosundan uzaqdır. Eləcə də hara baxsaq, nə tullantı, nə də həddindən artıq sıx olan evlər görürük. Yoxsa biz Qafqazın İsveçrəsinə gəlmişik?

HƏSƏN İLƏ SƏYAHƏT

…Həsən ilə günün ikinci yarısı və hər iki sonrakı gün Azərbaycanın ayrılmaz hissəsini kəşf edirik. Turistlər tərəfindən hələ az görülmüş bu xəzinə, landşaft, təbiət vurğunu və fotoqraflar üçün bir arzudur. O kəs ki, avaralıq və əyləncə axtarır, yaxşı olar ki, başqa qərara gəlsin.

Bələdçimiz və sürücümüz Həsən bizə ən vacib abidələri, həmçinin Nuh peyğəmbərin məqbərəsini və əzəmətli məscidləri göstərir. Eləcə də duz mədənindəki sanatoriya bizi heyrətləndirir.

Tək şəxs və ya bütöv ailə burada bir, ya da bir neçə gecə keçirir və səhərlər isə evlərinə qayıdırlar. Duzla zəngin şaxtadakı hava astma və bir sıra tənəffüs yolları xəstəliklərinə qarşı yaxşı nəticə verir. Böyük məmnuniyyətlə mən şəxsən burada bir gecə keçirmək istərdim.

ECAZKAR TƏBİƏT

Naxçıvan təbiətinin təklif etdikləri sanki bütün insan əli ilə yaradılan tikililəri və zənginlikləri geridə qoyur. Qum təpələrinin gözəllikləri ilə rəqabət aparan gilli təpələr və təkrarolunmaz rəng oyunu ilə lovğalanan dağ silsilələri, aydın göllər, landşaft arası ilə qıvrılan çaylar bizi hər dəqiqə şəkil çəkməyə “vadar edir”.

Ecazkar dağ landşaftları arası ilə Naxçıvanın cənub-şərqindəki Ordubada səfərimiz yaddaqalan oldu. Fotokameram rahatlıq tapmır. Naxçıvanda az müddət qalmağımız oradakı mənfi hal idi. Biz burada məmnuniyyətlə də artıq qalardıq.

Mənim qeydlərim: İstanbuldan Naxçıvana birbaşa gəlin. Və...mütləq bir neçə gün üçün planlaşdırın.

Nicoletta Hermann. İsveçrə
XS
SM
MD
LG