Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:52

Cenevrədə İranla aparıcı 6 dünya ölkəsi arasında danışıqlar davam edir


Foto arxiv

Foto arxiv

Cenevrədə İranla aparıcı 6 dünya ölkəsi arasında danışıqlar bu gün yekunlaşır.

İran xarici işlər nazirinin müavini Abbas Araqchi danışıqların ilk gününün müsbət ab-havada keçirildiyini deyir.O İranın nüvə proqramı ilə bağlı yeni təklif verdiyini deyir.Tehran ona qarşı tətbiq edilmiş sanksiyaların yüngülləşdirilməsini istəyir.

Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq ( William Hague ) xəbərdfarlıq edib ki, sanksiyaların yüngülləşdirilməsi faktiki tərəqqidən aslıdır.

Toplantı çərçivəsində həmçinin Abbas Araqchi və ABŞ-ın nümayəndəsi Wendy Sherman arasında ayrıca görüş olub. ABŞ rəsmiləri görüşün səmərələri olduğunu deyirlər.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır. Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG