Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:18

İsmayıllıda saz vəziyyətdə olan park sökülərək yenidən inşa olunacaq...


İsmayıllı, Zərifə Əliyeva adına park

İsmayıllı, Zərifə Əliyeva adına park

-
İsmayıllı rayonu H.Əliyev prospektində yerləşən və saz vəziyyətdə olan Zərifə Əliyeva parkı bütünlüklə sökülür. Park yenidən inşa olunacaq.

Bu parkın içərisində rayonun ən dəbdəbəli şadlıq sarayı - Qala şadlıq sarayı yerləşir. Söküntü prosesi sürətlə gedir və artıq yekunlaşmaq üzrədir.

Rayon sakini Vüqar Süleymanov deyir ki, bu parkın sökülməsinə heç bir ehtiyac yox idi:

“PUL SİLMƏK, BÜDCƏNİ TALAMAQ VƏ NECƏ DEYƏRLƏR KORRUPSİYA”

“Bu park yaxşı vəziyyətdə idi, camaat gəlib burada istirahət edirdi. Ola bilər xırda təmirə ehtiyac olardı, ancaq bunun böyük həcmdə sökülməsi heç bir əndazəyə sığmır. Burada son dərəcə gözəl komfortlu şadlıq evi vardı, əhali elə məhz yaxşı olduğu üçün burada toy edirdi. Baxın dövlətin pulunun belə xərclənməsini mən də başa düşmürəm. Hansıki rayonda elə küçələr var ki, kanalizasiya çəkilişində bərbad vəziyyətə salınıb, elə yollar var ki, asfalt örtüyünə ehtiyac var.

İsmayıllı, Zərifə Əliyeva adına park

İsmayıllı, Zərifə Əliyeva adına park

Olanları qoyub hazır vəziyyətdə olan parkı sökməyi qəbul etmək olmur. Mən bir fəal vətəndaş kimi bu işə ancaq bir ad verərdim. Pul silmək, büdcəni talamaq və necə deyərlər korrupsiya. Bir parkı neçə dəfə söküb tikmək olar? Bəyəm İsmayıllının başqa həllini illərdir gözləyən problemləri yoxdur? Buranı mən sizə söz verirəm ki, gələn il yenə sökəcəklər...”

“XƏZİNƏ ÖZ ƏLLƏRİNDƏDİR, HARA İSTƏYİRLƏR XƏRCLƏYİRLƏR...”

Rayon sakini Tahir Ədilzadə də deyir ki, bu cür hallar artıq ənənə halını alıb:

“Necə deyərlər, səlahiyyət sahibləri özləri, xəzinə əllərində, sərəncam imzalayıb hərəkət edirlər. Ümumiyyətlə İsmayıllı digər rayonlardan çox geridə qalır. Məsələn Ağsuya gedirsən cənnətdir, Yevlax şəhərdir, Qəbələ cənnət məkandır.İsmayıllıda isə heç nə yoxdur. İstəyirlər nə isə eləsinlər, alınmır.”

“PARK DAHA MÖHTƏŞƏM TİKİLƏCƏK”

İsmayıllı şəhər icra nümayəndəliyinin sədri Məhərrəm Əhmədov qeyd edir ki, park yenidən qurulmaq üçün sökülüb və daha möhtəşəm tikiləcək:

“Orada parkın çox hissəsindəki yonulmuş daşlar qopub tökülmüşdü. Suvarma sistemləri tamamilə xarab olub sıradan çıxmışdı. Yəni mən real danışmağı sevənəm, ola bilər camaat bütün dərinlikləri bilmir. Həqiqətən oranın yenidənqurulmasına ehtiyac var idi. İndi nə olar ki, daha da yaxşı tikiləcək?

Bu işi A+A şirkəti həyata keçirir, maliyyə də onlara aiddir. Həmin prospektdə yollar asfalt örtüyü, səkilər, su işıq və digər sistemlər yenidən qurulacaq. Rayon rəhbərliyi sadəcə onun ərazisində gedən işlərə qıraqdan qırağa nəzarət edir və çalışır ki, görülən işlər daha keyfiyyətli, uzunömürlü olsun. Yenə təkrar edirəm ki,bütün maliyyə və digər zəruri işlər həmin şirkətə aiddir.”
XS
SM
MD
LG