Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:13
-
Milli Şuranın prezidentliyə namizədi YAP funksionerlərinin onun ölkəyə dönməyəcəyi ilə bağlı ittihamlarına cavab verdi.

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Avropaya səfəri davam edir. Cəmil Həsənlinin Milli Şuranın Mətbuat Xidmətinə verdiyi məlumata görə, onun səfəri çox uğurla keçir. O, hal- hazırda Avropa Birliyinin, Avropa Şurasının və digər bir sıra nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirir. Görüşləri başa vurduqdan sonra oktyabr ayının 18- də vətənə dönməyi planlaşdırır.

Cəmil Həsənli son günlər bəzi kütləvi informasiya vasitələrində YAP rəhbərliyinə daxil olan bəzi şəxslərin onun Azərbaycana qayıtmayacağı ilə bağlı yaydıqları fikirlərə də münasibət bildirib. Milli Şuranın namizədi bu fikirləri böhtan adlandırıb:

“BAKIYA DÖNƏCƏYƏM”

“Bu tip açıqlamalar başdan-ayağa yalan və böhtandan ibarətdir. Mən seçkilərdə millətimin maraqlarını ifadə etmişəm və bundan iftixar hissi keçirirəm. Seçki kampaniyası bir partiya kimi YAP-ın yararsızlığını və onun namizədinin xalqın arasında heç bir dəstəyə malik olmadığını göstərdi. O ki, qaldı mənim Azərbaycana qayıtmamağıma, bu məsələ ilə bağlı YAP funksionerlərinin fikirləri cəfəngiyatdır.

Mənim nə indi, nə də bundan sonra Azərbaycandan harasa getmək fikrim yoxdur və bunu ümumiyyətlə ağlıma da gətirmirəm. Mən hazırda Avropa ölkələrində səfərdəyəm və nəzərdə tutulan səfər başa çatdıqdan sonra oktyabr ayının 18-də Bakıya dönəcəyəm. Biz ölkəmizi Səyavuş Novruzov kimi təsadüfi adamların ümidinə buraxıb heç hara gedə bilmərik. Bu ölkədə hələ görəcəyimiz çox işlər var”.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bir neçə gün əvvəl mediaya açıqlamasında deyib ki, Cəmil Həsənli Azərbaycandan gedib:

“Bizə qabaqcadan da bəlli idi ki, Cəmil Həsənli ona verilən tapşırığı yerinə yetirdikdən sonra aradan çıxacaq”.

Şərhləri göstər

XS
SM
MD
LG