Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:39

Cenevrədə İrana dair danışıqların sonuncu günüdür


Çərşənbə günü Cenevrədə dünya güclərinin İranın nüvə proqramı üzrə danışıqlarının ikinci və sonuncu günüdür.

İranın xarici işlər nazirinin müavini Abbas Araqchi birinci günü “müsbət” adlandırıb. O deyib ki, İran “ciddi dəyişiklik gücündə olan” yeni plan təklif edib. Məlumatlara görə, plana ölkənin uran zənginləşdirmə proqramının miqyasını azaltmaq daxildir ki, bu da altı ölkənin əsas tələbidir.

Daha sonra Araqchi və ABŞ-nın əsas təmsilçisi, Wendy Sherman ayrıca görüşüblər. ABŞ rəsmiləri görüşü “faydalı” adlandırıblar.

Tehran istənilən güzəştin müqabilində beynəlxalq sanksiyaların yumşaldılmasını istəyir. İran gizli nüvə silahlı hazırladığını inkar edir.

Müzakirələrdə İran və "P5+1” qrupunun – Britaniya, Çin, Fransa, Rusiya və Birləşmiş Ştatlar üstəgəl Almaniyanın təmsilçiləri iştirak edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG