Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:30

Fitch ABŞ kredit reytinqinin salınacağı barədə xəbərdarlıq edir


Fitch kredit reytinqi agentliyi ABŞ hökumətinin ən yüksək kredit reytinqini aşağı salmaq üçün nəzərdən keçirməyə başlayıb. Belə ki, ABŞ-ın borc limitinin qaldırılması üçün son tarix yaxınlaşır. Bir gün əvvəl Konqresdəki danışıqlardan bəlli olub ki, hökumətə vəsait ayrılması və 16.7 trilyon dollarlıq borc limitinin artırılması barədə danışıqlarda Respublikaçılar və Demokratların mövqeyində yaxınlaşma yoxdur.

Xəzinədarlığın sözçüsü deyib ki, Fitch-in qərarı Birləşmiş Ştatların defolta təhlükəli dərəcədə yaxın olmasına dair ölkə qanunvericilərinə bir xəbərdarlıqdır.

ABŞ Xəzinədarlığı bildirib ki, oktyabrın 17-də yaxud həmin ərəfədə ölkənin borclarını ödəməyə nağd pulu olmayacaq.
XS
SM
MD
LG