Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:07

ABŞ rəsmiləri büdcə məsələsində razılığa gələcəklərinə ümidlə yanaşırlar


 Harry Reid

Harry Reid

Demokratların Senatdakı rəhbəri Harry Reid Senatın bu həftə büdcə ilə bağlı razılığa gələcəyi və beləliklə defoltdan qaça biləcəklərinə əmin olduğunu deyib.O Respublikaçıların Senatdakı lideri Mitch McConnellə dövlət borclarına qoyulmuş limitin qaldırılması və hökumətin maliyyələşdirilməsi ilə bağlı səmərəli danışıqlar aparıldığını bildirib.

Bu barədə Reuters agentliyi məlumat verir.

Respublikaçıların çoxluq təşkil etdiyi nümayəndələr palatası isə düfolta yol verilməməsi üçün öz planlarının keçəcəyinə ümidlə yanaşırlar.Bu plan prezident Barack Obamanı səhiyyə sahəsində aparılan islahatlarla bağlı güzəştə getməyə çağırır.

Barack Obama bazar ertəsi hər iki tərəfin liderləri ilə görüşməli idi. Amma danışıqlara imkan vermək üçün görüş təxirə salındı.

Günün bütün mövzuları

XS
SM
MD
LG