Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:17
-

ABŞ-da yaşayan türkiyəli vaiz və yazar Fethullah Gülen-in Türkiyədə yeni kitabı çap edilib.

“Kendi Ruhumuzu Ararken” F.Gülen-in “Prizma” seriyasından olan 9-cu kitabıdır və ona ünvanlanmış suallara cavablardan ibarətdir.

Kitabda deyilir ki, insanlıq tarixi özü-özündən uzaqlaşan millətlərin hüznlü hekayətləri ilə doludur. Hətta ən inkişaf etmiş mədəniyyətlər belə öz ruh və məna köklərindən qopanda, öz tarixi inkişaf dinamikalarına zidd gedəndə əvvəl-axır uğursuzluğa düçar olurlar. Bu problemlərlə Türkiyə cəmiyyəti də üz-üzədir. Bu təhlükəni sovuşdurmaq üçün insan öz ruhunu aramalı, öz millətini, mədəniyyətini, onun dünyada yerini anlamalıdır.

F.Gülen Türkiyədə və dünyanın bir çox ölkələrində nüfuza malik nurçu hərəkatının rəhbəri sayılır. 1999-cu ildə Türkiyədə Ərbakanın islamçı hökuməti devriləndən sonra ABŞ-a mühacirət edib. O, İslamın sünnü-hənəfi görüşlərini təbliğ edir, Əl-Qəzali, Cəlaləddin Rumi, Səid Nursi kimi mütəfəkkirlərin baxışlarına istinad edir. Demokratik dövlət quruluşunu müsəlman aləmi üçün ən optimal sayır, amma vaxtilə Türkiyədə onun bəzi çıxışları şəriət qanunlarına əsaslanan dövlət qurmağa çağırış kimi yozulmuşdu.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG