Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:46
Avropa Birliyi İranın nüvə proqramı ilə bağlı Cenevrdə aparılan danışıqlarda Tehranın çox faydalı təklif verdiyini deyir.Bunu Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashtonun nümayəndəsi Michael Mann deyib.Amma hələlik təklifin detallarına aydınlıq gətirilməyib.

Bu gün Cenevrədə İranın nüvə proqramı ilə bağlı İran və 6 aparıcı qərb ölkəsi arasında ikigünlük danışıqlar başlayıb.Görüşdə ABŞ,Böyük Britaniya, Framsa, Rusiya, Çin və Almaniya iştirak edir.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə təqsirləndirir. Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG