Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:56

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) azarkeşlərə müraciət edib



DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bu gün “Bakcell Arena”da keçiriləcək Azərbaycan-Rusiya matçına gələcək azarkeşlərə müraciət edib.

O, qayda-qanunlara ciddi riayət etməyi, qanunların aliliyinə hörmətlə yanaşmağı, kənardan ola biləcək hər hansı təxribat xarakterli çağırışlara və hərəkətlərə uymamağı tövsiyə edib.

Ehsan Zahidov həmçinin bildirib ki, bu gün keçiriləcək futbol oyununda Azərbaycan və Rusiya yığmalarının üzvlərinin və hər iki komandaların azarkeşlərinin təhlükəsizliyi yüksək səviyyədə qorunacaq, ictimai asayişin pozulmasına yönələn hər hansı insidentin qarşısı qətiyyətlə alınacaq.

Ötən bazar günü Moskva şəhər sakini Yeqor Şerbakovun qətlə yetirilməsi Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda kütləvi iğtişaşlara səbəb olub. Yeqor Şerbakovun ölümündə Azərbaycan vətəndaşı Orxan Zeynalov şübhəli bilinir.

Günün bütün mövzuları

XS
SM
MD
LG