Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:46

Azərbaycan yeni raket sistemi hazırlayıb


Foto arxiv
Foto arxiv
Azərbaycanlı mühəndislər kiçik ölçülü reaktiv atəş sistemi hazırlayıb.

Bu barədə APA-agentliyi məlumat yayıb.İstənilən nəqliyyat vasitəsinin üzərinə qurula bilən 15 lüləli reaktiv sistem idarə olunmayan S-8 raketlərindən (80 mm) atəş açır.
Sistem yaxın məsafədəki hədəflər üçün nəzərdə tutulur.

Bunundan başqa sistemin əldə daşına bilən daha kiçik forması da hazırlanıb.
Azərbaycan istehsalı olan bu sistem üçün ölkə daxilində yeni tip S-8 raketləri istehsal olunacaq.

Təkmilləşmə nəticəsində klassik S-8 raketinin ölçüsünün qısaldılması, uçuş və təsir imkanlarının artırılması nəzərdə tutulur.

Qeyd edək ki, S-8 raketləri 3 min metrədək məsafəni qət edə bilir.
XS
SM
MD
LG