Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:03

Əfvlə 5683 nəfər azadlığa buraxılıb


1995-ci ildən bu günədək Azərbaycanda əfvlə bağlı imzalanmış fərman və sərəncamlara əsasən 5683 nəfər azadlığa buraxılıb.

AzərTAc-ın məlumatına görə bunu jurnalistlərə müsahibəsində Penitensiar Xidmətin rəisinin müavini Hüseyn Əlixanov deyib.

Hüseyn Əlixanov bildirib ki, sonuncu əfv sərəncamı daha çox insana şamil edilib. Bu yaxınlarda təxminən üç minə yaxın məhkumun azadlığa buraxıldığını deyib.

Penitensiar Xidmətin rəis müavini qeyd etmişdir ki, əfv Sərəncamı bir qayda olaraq cəzaçəkmə müəssisələrində öz nümunəvi davranışları ilə fərqlənən, gələcəkdə cinayət törətmə ehtimalları minimum olan, həqiqətən islah olunmuş məhkumlara şamil edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG