Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:31
-
“5 il öncə yoldaşım bizi tərk edib gedib. Bu daxmada çox ağır şəraitdə yaşayıram. Qonşuların yardımı olmasa, yaşaya bilmərəm. Bura heç ev də demək olmaz. Yaz-qış betonun üstündə yaşayırıq”.

Gədəbəy rayon sakini Sahibə Kazımova aztəminatlı olsa da, ünvanlı sosial yardım ala bilməməsindən şikayətçidir. Pis şəraitli birotaqlı mənzildə böyüyü 10, kiçiyi 6 yaşı olan 3 oğlu ilə birlikdə yaşayan qadın son dərəcə ağır sosial durumda olduğunu bildirir:

“Gədəbəydəki kafelərdən birində qabyuyan işləyirəm, gündəlik 2 manat alıram. Kafe sahibi deyir, budur, xoşun gəlmir, başqa yerdə iş axtar. 4 ildir İcra Hakimiyyətinə, Əmək və Əhalinin Sosail Müdafiəsi Nazirliyinin İmişli bölməsinə müraciət edirəm. Ancaq mənə deyirlər ki, mütləq həyat yoldaşımdan boşanmağım haqda sənəd olmalıdır, ailənin gəlirləri ilə bağlı sənəd olmalıdır. axı hamı mənim hansı şəraitdə yaşadığımı bilir. Yoldaşımın isə harada olduğunu bilmirəm. Çox çıxılmaz durumdayam”.

Hüquqşünas Namizəd Səfərov

Hüquqşünas Namizəd Səfərov

Vəkil Namizəd Səfərov deyir ki, qanunvericiliyə görə, ailənin ümumi gəlirləri ailə üzvləri arasında bölünəndə hərəyə 65 manat düşmürsə, bu ailənin ünvanlı sosial yardım almaq hüququ var.

Sahibə Kazımovanın 4 nəfərlik ailəsinin aylıq qazancı isə bir nəfər üçün müəyən olunan minimum məbləğdən 5 manat da aşağıdır.

Bu halda onun aylıq 200 manat ünvanlı sosial yardım almaq hüququ yaranır. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İmişli rayon bölməsi dərhal bu qadının şikayətinə baxmalı və ona ünvanlı sosial yardım ayırmalıdır.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG