Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:01

Cenevrədə İranın nüvə proqramı müzakirə olunur


Foto arxiv
Foto arxiv
Bu gün Cenevrədə İran və aparıcı 6 dünya ölkəsi arasında Tehranın nüvə proqramı ilə bağlı 2 günlük danışıqlar başlayıb.

İranın xarici işlər naziri Javad Zarif görüşün açılışında Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashtonla görüşüb.Catherine Ashton görüşdən müsbət nəticə gözləyir.

Həmçinin Javad Zarif görüşdən əvvəl bildirib ki, tərəflər məsələnin həlliylə bağlı artıq bu həftə razılıq gələ bilərlər.

Görüşdə Javad Zarifin müavini Abbas Araqchi də iştirak edir.
O bazar günü İranın dövlət televiziyasına müsahibəsində Tehranın Qərbə yeni təklif verəcəyini deyib, amma qeyd edib ki, İran uran zənginləşdirilməsindən dönmək fikrində deyil.

Görüşdə ABŞ,Böyük Britaniya, Framsa, Rusiya, Çin və Almaniya iştirak edir.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə təqsirləndirir. Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG