Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:38

Rusiyada Azərbaycan vətəndaşı axtarışa verilib- [Video]


-
Oktyabrın 13-də Moskvanın Qərbi Birulyov səmtində millətçilərin etiraz aksiyasından doğan gərginlik səngiyə bilər.

Buna səbəb yerli sakinlərdən Yeqor Şerbakovun qətlində şübhəli bilinən şəxsin müəyyənləşdirilməsidir.

“İnterfaks” agentliyinin Moskva Baş Polis idarəsinin rəisi Anatoli Yakuninə istinadən verdiyi xəbərə görə, şübhəli şəxsin – Azərbaycan vətəndaşı Orxan Zeynalovun yaxalanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Onun eyni ittihamla Azərbaycanda da axtarışa verildiyi bildirilir.
Moskva polisinin məlumatına görə, oktyabrın 14-də qatilin Orxan Zeynalov olduğu mənzil qonşularının ifadəsi əsasında müəyyənləşdirilib. Onun kimliyi izləmə kameralarındakı videogörüntülərdən tanınıb.
Sosial şəbəkələrdə şübhəli ilə bağlı bilgilər də yayılıb. Bu bilgilərə əsasən, Orxan Zeynalov təkcə Rusiyanın deyil, Avropanın ən iri tərəvəz bazası sayılan “Pokrovski” bazarında şaurma satırmış.

*
Xatırladaq ki, Yeqor Şerbakov oktyabrın 10-da gecə saatlarında qətlə yetirilib. O, evə qayıdarkən naməlum şəxs onun yanındakı xanımı təhqir etməyə başlayır. Bu zaman Şerbakovla naməlum şəxs arasında dava düşür. Nəticədə Şerbakov bir neçə bıçaq zərbəsi alaraq ölür. Xanımın verdiyi ifadəyə görə, hücum edən şəxs Qafqaz və ya Orta Asiyadan gəlmə adama bənzəyirdi. Polis qatilin kimliyini bildirənə 1 milyon rubl (təxminən 26 min manat) həcmində mükafat təyin edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG