Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:59

Təhsil Naziri cənub zonasında vətəndaşlarla görüşəcək



Oktyabrın 19-da Təhsil Naziri Mikayıl Cabbarov cənub zonasında yaşayan vətəndaşlarla görüşəcək.

Bu barədə nazirlik məlumat yayıb. Məlumatda deyilir ki, görüş saat 11-də Lənkərandakı Heydər Əliyev Mərkəzində olacaq.

Görüşə Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşlar qatıla bilər. Qəbula buraxılacaq sakinlərin əvvəlcədən qeydiyyatı aparılır.

Onlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna zəng etməklə və ya elektron müraciət edə bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG