Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:03

Xaricdə təhsil üçün 60mln-dan çox pul xərclənib



5 ildə 1825 nəfər xarticdə təhsil alıb. Bu barədə Təhsil Nazirliyi AzadlıqRadiosunun sorğusuna cavabda bildirib.

Məlumatda bildirirlir ki, 2007-2013-cü illərdə xaricdə Dövlət Proqramı çərçivəsində 1825 nəfər, 2013-2014-cü tədris ili üçün 766 nəfər təhsil almaq hüququ qazanıb.

Xaricdə təhsilini başa vuran 550-dən artıq məzun Təhsil Nazirliyində qeydiyyatdan keçib və əksəriyyəti Azərbaycanda dövlət və özəl müəssisələrdə çalışır. Bəziləri təhsilini növbəti səviyyə üzrə Dövlət Proqramı çərçivəsində xaricdə davam etdirir.

Nazirlik bildirib ki, Dövlət Proqramı ilə xaricdə təhsil almaq hüququ qazanan
tələbə və Təhsil Nazirliyi arasında müqavilə imzalanır. Müqavilə öhdəlikləri pozularsa, tələbəyə xərclənən vəsait geri qaytarılmalıdır. Tələbə məzun olduqdan sonra 2 ay müddətində Nazirliyə müvafiq sənədlərlə birgə hesabat verməlidir.

Xaricdə təhsil, əsasən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Dövlət Proqramını Azərbaycan Respublikası Dövlət Neft Fondu maliyyələşdirir. 2013-cü il üçün DNF tərəfindən Dövlət Proqramının maliyyələşdirilməsinə 34 milyon (bu günədək 60 milyon manatdan çox vəsait xərclənib) manat vəsait ayrılıb.

Xaricdə dövlət hesabına təhsil alan tələbələrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş aylıq təqaüdlər verilir və onların yaşayış yerlərini seçmələri sərbəstdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG