Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:46

Əfv fərmanının icrasına başlanıb



Prezident İlham Əliyev oktyabrın 14-də əfv fərmanı imzalayıb.

Sərəncama əsasən 153 məhkum azadlığa buraxılacaq. Onlardan 134 nəfəri cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər, islah işləri cəzasına məhkum edilmiş 1 nəfər cəzadan, 16 nəfər isə cərimə cəzasından azad edilib.

Azadlığa buraxılanlar arasında xarici ölkə vətəndaşları da var. Məhbuslardan 3-ü İran İslam Respublikasının, 2-si Banqladeş Xalq Respublikasının, 1-i Rusiya Federasiyasının, 1-i Gürcüstan, 1-i Özbəkistan Respublikasının vətəndaşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG