Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:11

Avropa Komissiyasının prezidenti İlham Əliyevi təbrik etdi


Jose Manuel Barroso

Jose Manuel Barroso

-
Avropa Komissiyasının prezidenti José Manuel Barroso yenidən Azərbaycan Respublikasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə İlham Əliyevi təbrik edib.

«Demokratiya və qanunun aliliyi daxil olmaqla, beynəlxalq səviyyədə qəbul edilmiş dəyərlərə hörmət əsasında Avropa Komissiyası Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi və enerji sahələrində əlaqələri daha da dərinləşdirməyə böyük önəm verir. İcazə verin, ali dövlət vəzifənizdə Sizə müvəffəqiyyətlər arzu edim. Ümidvaram ki, həm şəxsi, həm də ikitərəfli, çoxtərəfli və «Şərq tərəfdaşlığı» çərçivəsində əlaqələrimiz davamlı şəkildə inkişaf edəcək» - təbrik məktubunda deyilir.

Məlumatı AzərTAc yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG