Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:30

Son dəfə “Siqaretsiz düşüncələr” yazdı…


Oscar Hijuelos
Oscar Hijuelos
-
Kuba əsilli Amerika yazıçısı Oskar İxuelos (Oscar Hijuelos), vəfat edib.

The New York Times-ın yazdığına görə, İxuelos tennis oynarkən huşunu itirib. Yazıçının dəqiq ölüm səbəbi açıqlanmır.

Oskar İxuelos 1951-ci ildə Nyu-Yorkda Kuba mühacirləri ailəsində doğulub.

1983-cü ildə ilk romanı çıxıb.

Onun əsərlərinin əsas mövzusu yad mühitdə mühacir həyatı yaşamağa məcbur olanlardır.

Yazıçının ən məşhur romanı “Mambo kralları sevgi mahnısı çalırlar” -dır («The Mambo Kings Play Songs of Love»).

Bu romana görə İxuelos 1990- cı ildə Pulitser mükafatı ( Pulitzer Prize) alıb.

1992-ci ildə bu roman əsasında Antonio Banderasın baş rolda oynadığı “Mambo kralları” adlı film də çəkilib.

2005-ci ildə romanın motivləri əsasında müzikl səhnəyə qoyulub.

Oskar İxuelosun son kitabı memuar xarakterli “Siqaretsiz düşüncələr” («Thoughts Without Cigarettes») əsəri 2011-ci ildə çıxıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG