Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:04

İsmayıllı hadisələri ilə bağlı cinayət işi məhkəməyə göndərilib


İlqar Məmmədov və Tofiq Yaqublu

İlqar Məmmədov və Tofiq Yaqublu

-
REAL Hərəkatının lideri İlqar Məmmədov, Müsavat başqanının müavini Tofiq Yaqublu və İsmayıllı hadisələrində təqsirləndirilən digər şəxslərin cinayət işi üzrə materiallar məhkəməyə göndərilib.

Bu barədə AzadlıqRadiosuna vəkil Əshabəli Mustafayev məlumat verib.

Onun dediyinə görə, cinayət işi üzrə materiallar oktyabrın 12-də məhkəməyə göndərilib. Cinayət işində ittihamlar dəyişdirilməyib:

«İş icraat veriləndən və məhkəmənin vaxtı təyin olunmamışdan onları Gəncəyə aparacaqlar. Məhkəmə işi araşdırdığı müddətdə təqsirləndirilən şəxslər Gəncə İstintaq Təcridxanasında saxlanacaqlar».

Əshabəli Mustafayev deyir ki, proses oktyabrın sonunda başlayacaq.

Tofiq Yaqublu və İlqar Məmmədov bu ilin yanvarında İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.
XS
SM
MD
LG