Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:48

Cəmil Həsənli bəyanat yayıb


-
Cəmil Həsənli 12 oktyabr mitinqdən sonrakı hadisələrlə bağlı bəyanat yayıb. Bəyanat "Məhsul" stadionunda keçirilən mitinq başa çatandan sonra bəzi fəalların həbs olunması pislənir. Bəzi mitinq iştirakçılarının fiziki zorakalığa və qanunsuz həbs olunmasında əsas məqsəd insanları qorxutmaq, onları öz konstitusion hüquqlarını həyata keçirmək istəklərindən çəkindirməkdirmək kimi qiymətləndirilir:
"Mitinq Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırılmışdı və polisin borcu aksiya iştirakçılarının təhlükəsizliyini təmin etmək olmalı idi. Təəssüf ki, polis orqanları öz vəzifə borcunu yerinə yetirmək əvəzinə, insanlar evlərinə dağılışarkən müxtəlif təxribatçı qruplarla birgə onlara hücum etmiş, vətəndaşlara qarşı zorakılıq ediblər".
Cəmil Həsənli baş verənlərlə bağlı günahkarların cinayət məsuliyyətinə cəlb edilməsin tələb edir.
Oktyabrın 12-də mitinq başa çatandan sonra polislə aksiya iştirakçıları arasında qarşıdurma olub. Bəzi fəallar həbs olunub. Saxlananlar elə həmin vaxt AzadlıqRadiosunun kamerasına bildiriblər ki, onları polis durduqları yerdə saxlayıblar.
Bakı şəhər Baş Polis İdarəsinin rəis müvavini Səhlab Bağırovsa bbu fikirlərlə razılaşmayıb. Bildirib ki, durduğu yerdə heç kimi saxlamazlar:
"Burada bu qədər adam var. Bəs, onlar niyə saxlanmır. Polis durduğu yerdə heç kimi saxlamır".
Aksiyada saxlananlar elə həmin gün sərbəst buraxılıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG