Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:45

Moskvada iğtişaşlar olub- [Video]


Moskvada etriazlar iğtişaşlara çevrilir
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Moskvada etriazlar iğtişaşlara çevrilir

-
Rusiya paytaxtının cənub rayonlarından birində baş qaldıran kortəbii etriazlar kütləvi iğtişaşlarla nəticələnib.

Oktyabrın 13-də Moskvanın Biryulyovo-Zapadnoe rayonunda millətçi şüarlar səsləndirən yüzlərlə adam yerli ticarət mərkəzinə və tərəvəz bazasına hücum ediblər.

Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri etirazçıları dağıdıb.

Həbs olunan və yaralananların olduğu deyilir.
Etirazlar oktyabrın 10-da Yegor Shcherbakov adlı gəncin qətlə yetirilməsindən sonra başlayıb. Axşam saatlarında rəfiqəsini ötürən Sherbakov ilə naməlm şəxs arasında mübahisə zamanı ona ölümcül bıcaq zərbələri endirilib. Yerli sakinlər əmindirlər ki, qatil qafqaz mənşəli şəxsdir. Tərəvəz bazasına olan hücumlar da bununla bağlıdır.
Rusiya Daxili işlər nazirliyi cinayətin açılmasına komək edən məlumat müqabilində pul mükafatı elan etsə də, Biryulyovo sakinləri rəsmiləri fəaliyyətsizlikdə ittiham edirlər. Onlar rayonun icra başçısı və polis rəisinin istefasını tələb edəndən sonra, etirazçıların radikal hissəsi qafqazlıların işlədiyi ticarət mərkəzinə hücum ediblər. İğtişaşlar da bundan sonra başlayıb.
AzadliqRadiosunun rus xidməti xəbər verir ki, qonşuluqdakı rayonda da iğtişaşlar baş verib. Burada polis 60-a yaxın adamı saxlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG