Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:21
-

Ötən gecə dünyanın aparıcı telekanalları – BBC, CNN, Al-Jazeera oktyabrın 12-də, müxalifətin Bakıda keçirdiyi mitinqinin ardınca polisin aksiyaçılara qarşı zorakılığını əks etdirən videosüjetlər göstərib.

Qərb mətbuatı həmçinin öz səhifələrində polis zorakılığını və qəddarlığını göstərən çox sayda fotoşəklə yer ayırıb.

Britaniyanın “The Guardian” qəzeti və bir sıra başqa internet saytları Reuters agentliyinin son Bakı hadisələri barədə məqaləsini dərc edib.

Məqalədə deyilir ki, İlham Əliyevə üçüncü müddət prezident olmaq imkanı verən mübahisəli seçkinin ardınca müxalifətin şənbə günü keçirdiyi etiraz mitinqindən sonra polis paytaxt Bakıda nümayişçiləri döyüb və həbs edib.

Reuters yazır ki, beynəlxalq müşahidəçilərin ədalətsiz seçki kimi pislədikləri səsvermənin nəticələrinə minlərlə insan etiraz edirdi.

Interfax-Azerbaijan agentliyi toqquşmalar zamanı həbs edilənlərin 10 nəfər olduğunu bildirib.

İcazəli mitinqdən sonra döyüblər

Məqalədə deyilir ki, İlham Əliyev hakimiyyətə gələndən Azərbaycana axan milyardlarla dollar neft gəliri nəticəsində həyat səviyyəsi yüksəlib. Bununla belə, ölkədə zənginlər və yoxsullar arasında uçurum getdikcə dərinləşir və üstəlik hakimiyyətin hətta seçkidən əvvəl fərqli fikir üzərinə hücumları, siyasi məhbusların sayının iki dəfə artması kəskin beynəlxalq tənqidə səbəb olub.

Qəzetlər diqqəti adamların icazəli mitinqdən sonra döyülməsinə çəkir.

Xəbər verilir ki, minlərlə nümayişçi hakimiyyəti seçki saxtakarılığında ittiham edir və yeni seçki keçirilməsini tələb edirdi.

Etiraz mitinqi zamanı müxalifətin vahid namizədi Cəmil Həsənli “Əliyev və onun Yeni Azərbaycan Partiyası öz hərəkətlərinə və Azərbaycan xalqının hüquqlarını tapdadığına görə cavab verməli olacaq” deyib.

Reuters bildirir ki, cənab Həsənli seçkilərin nəticəsi barədə məhkəməyə müraciət edəcək.

Xəbərdə deyilir ki, mitinqçilər seçki zamanı qutuların topa bülletenlərlə doldurulmasına, “karusel” əməliyyatlarına və səsverməyə polis müdaxiləsinə etiraz bildiribilər.

Reuters agentliyi bir neçə etirazçı ilə söhbət edə bilib.

Adamlar uşaqlarına görə qorxurlar

Kollec müəllimi Natavan Səlimzadə deyib ki, onun qarşısında ya Əliyevə səs vermək, ya da işini itirmək şərti qoyulub.

Agentlik bildirir ki, İlham Əliyevə səs verdiyini sübut etmək üçün, ona öz bülleteninin fotosunu çəkmək tapşırılıb.

Natavan Səlimzadə bildirib ki, o qorxusuna üstün gələrək Cəmil Həsənliyə səs verib.
“Məni əlbəttə, hər hansı bir üsulla işdən qovacaqlar, - deyib xanım Səlimzadə, - ya da məni hər hansı qalmaqala salacaqlar”.

“Lakin mən artıq özümə görə qorxmuram, yalnız uşaqlarıma görə qorxuram” – deyib Natavan Səlimzadə.


Fox News, Wall Street Journal minlərlə etirazçının 9 oktyabr seçkisinin nəticələrinə etirazından qeyd edir. Reuters agentliyi polisin etirazçıları döydüyünü, saxladığını vurğulayır:

«Reuters mitinqdən sonra polisin etirazçıları təpikləməsinin, döyməsinin şahidi olub. Minlərlə adam beynəlxalq müşahidəçilərin ədalətsiz adlandırdığı seçkilərə etiraz etmək üçün çıxıb».

Agentlik razılaşdırılmış aksiyaya 4.000-dək etirazçının qatıldığını yazır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG