Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:10
-
«London barlarından birində rus və azərbaycanlı biznesmenlər bir-birinin bəhsinə 131 min funtluq (təxminən 160 min manat) hesab ödəyiblər. Təxminən iki saat yarım ərzində onlar ən bahalı içkilər sifariş ediblər və hansının daha çox xərclədiyindən xəbərsiz olublar».

İngiltərənin “Metro” qəzeti London barlarının birində gedən qeyri-adi yarışmadan yazır. Bu yarışmada Azərbaycanlı iş adamı rusiyalı rəqibinə qalıb gəlib. Söhbət israfçılıq yarışından gedir.

2 iş adamı bəhsə girib ki, gecə baında kim daha çox pul xərcləyər. Bir-birindən xəbərsiz müxtəlif içkilər sifariş edən bu biznesmenlərdən brinin Azərbaycandan, digərinin isə Rusiyadan olduğu bildirlir.

Gecə başa çatanda biznesmen tandemi birlikdə 131 min funtluq (təxminən 160 min manat) hesab ödəyiblər. Məlum olub ki, Azərbaycanlı müştəri tərəf-müqabilindən 2500 funt çox xərcləyib.

«Qalib» ödədiyi 66.778 funtluq çeki havada yelləyərək sevincindən atılıb düşməyə başlayıb" - deyə Metro yazır. Həmin axşam ancaq bar sahibi məmnun qalmayıb. Barın ofisiantlarının da varlı müştərilərin yarışından xeyli qazancı olub. Metronun məlumatına əsasən, əliaçıq biznesmenlər hesabdan əlavə onlara 8000 funt sterlinq cib xərci (caypulu) veriblər.

Onlara tamaşa edən, 24 yaşlı Kate Moss Londonun cənubundandır. O, baş verənləri belə təsvir edir. «Hər şey əvvəl bir dost zarafatı kimi başladı, sonra tam miqyaslı şampan müharibəsinə çevrildi. Uduzan gənc məyus olmadı. Sadəcə gülümsəyib "rəqibini" təbrik etdi».

Kitsch bar in Mayfair barının sözçüsü deyir: «İki centlmen bir-birini yaxşı tanıyır. Ancaq deməzdim ki, onlar yaxın dostdurlar».

Onlar birinin qiyməti 325 funt olan 84 şüşə Dom Pérignon şampan şərabı, 55 şüşə Cristal Champagne, 13 şüşə Krug, 2 şüşə Belvedere vodka, 14 şüşə su, və müxtəlif kokteyllər alıblar.

Bu qədər içkini nə qədər adam içib, Metro dəqiqləşdirmir, sadəcə yazır ki, biznesmnelər bardakı müştərilərin rəğbətinə ümid edirdilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG