Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:33
-
APA-nın məlumatına görə, oktyabrın 13-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında quruma daxil olan müraciətlərə baxılıb. MSK katibi Arifə Muxtarova bildirib ki, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı tərəfindən bəzi seçki məntəqələrində qanun pozuntuları baş verməsi iddia edilən şikayət xarakterli müraciətlər təqdim edilib:
“Lakin həmin şikayətlərin istinad olunduğu müvafiq aktların əsilləri deyil, sürətləri təqdim olunduğundan şikayətin hüquqi baxımdan əsası olmadığı qənaətinə gəlinməlidir. Çünki qanunvericiliyə uyğun olaraq araşdırma aparılması üçün sənədin əsli təqdim olunmalıdır”.
MSK katibi əlavə edib ki, G. Aslanlı ilə dəfələrlə əlaqə saxlanılıb və o aktların özünün gətirilməsi istənilib. MSK G. Aslanlının bu müraciətini təmin etməyib.
MSK sədri Məzahir Pənahov bildirib ki, seçkidən sonra iki gün ərzində dairə seçki komissiyalarından protokolların hamısı MSK-ya daxil olub. Ümumi protokolların tərtib olunması baxımından göstəricilər artıb: “Demək olar ki, sənədlərin hazırlanmasında, protokolların tərtib edilməsində səhvlər yoxdur. Bu da aşağı seçki komissiya üzvlərinin peşəkarlığının artması ilə bağlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG