Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:44
-

«HAZIRDA AZƏRBAYCANIN PREZİDENTİ CƏMİL HƏSƏNLİDİ»

«Azadlıq» qəzeti Milli Şuranın sədri Rüstəm İbrahimbəyovla müsahibə dərc edib:

Rüstəm İbrahimbəyov

Rüstəm İbrahimbəyov

«...Bu dəfə xalqın səsini qaldırması, ciddi fəalıq göstərməsi üzündən beynəlxalq aləmdən reaksiya sərt oldu. Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli seçkini udub. Hazırda Azərbaycanın prezidenti Cəmil Həsənlidir. Biz artıq bunun təbliğatını aparmalıyıq... Bu seçki təsdiq etdi ki, Azərbaycanın dünya səviyyəsində böyük siyasi lideri var. Cəmil Həsənli böyük siyasi liderdir. O, seçki kampaniyasını yüksək səviyyədə apardı. Cəmil Həsənlinin seçkidə yeddi rəqibi oldu. Hakimiyyət namizədi ilə yanaşı namizədliklərini irəli sürən bu şəxslər adlarını namizəd qoyublar, amma onların əsas məqsədi Cəmil Həsənliyə qarşı hücumların təşkil olunması idi. Amma aparılan siyasət, yürüdən əks-təbliğat heç bir nəticə vermədi. Hakimiyyət seçkini özüylə yanaşı irəli sürən namizədlərlə birlikdə uduzdular. Bir daha təsdiq olundu ki, Azərbaycan xalqına rəhbərlik edə biləcək siyasi lider var».

«HANI SƏSİ SAXTALAŞDIRILMIŞ YÜZMİNLƏR?»

APA informasiya agentliyi də Milli Şuranın 12 oktyabr mitinqindən yazıb. «.. və əsas sual: «Hanı «səsi saxtalaşdırılan yüzminlər»?» başlıqlı təhlildə qeyd olunur ki, seçkinin nəticələri ilə bağlı bütün ittihamlara ən yaxşı cavabı müxalifətin keçirdiyi mitinq verdi. «Polisin rəsmi açıqlamasına görə, aksiyaya 1500 nəfər qatılıb. Müxalifət isə mitinqdə minlərlə şəxsin iştirak etdiyini bildirsə də, konkret rəqəm açıqlamır... Müxalifətin aksiyasında kütləviliyin olmaması əslində bu cəbhənin belə seçkilərin nəticələrini de-fakto tanıması deməkdir. Bundan sonra hansısa bəyanatların, ittihamların heç bir siyasi çəkisi olmayacaq. Tək müxalifətin deyil, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bəyanat və hesabatlarının belə. Çünki ortada bir məntiqsizlik var».

HALAL QƏLƏBƏ

«Azərbaycan» qəzeti isə deputat Hüseynbala Mirələmovun «Halal qələbə» adlı yazısını dərc edib. Yazıda Azərbaycan tarixində ən demokratik, ən azad, ən şəffaf seçkilər keçirildiyi iddia olunur:

Hüseynbala Mirələmov

Hüseynbala Mirələmov

«Cənab İlham Əliyevin qazandığı möhtəşəm qələbənin bir mühüm səbəbi də var: dövlət başçısı insan və şəxsiyyət amilini ucaltmaqla hər bir vətəndaşın maraqlarının dövlət üçün üstün olduğunu nümayiş etdirmişdir. Dövlət başçısının hər iki prezidentlik dövrünün böyük uğurlarından biri də Azərbaycan kəndinə şəhər simasının gətirilməsi olmuş, cənubdan şimala, şərqdən qərbə çoxsaylı yaşayış məntəqələrində yeni sosial-mədəni obyektlər - ən müasir tələblərə cavab verən yeni məktəblər, səhiyyə ocaqları, körpülər, yollar tikilmişdir. Hətta sovet dövründə də «mavi yanacaq» üzü görməyən Yardımlıya, Lerikə təbii qaz çəkilmiş, Qubanın ucqar dağ kəndi Xınalığa yol çəkilmiş, daha bir fantastik layihənin - strateji əhəmiyyətli Quba-Şamaxı yolunun inşasına start verilmişdir. Bütün bunlar regionlarda mənəvi ab-havanın yaxşılaşmasına səbəb olmaqla, Azərbaycan insanının dövlətə, onun rəhbərinə etimadını, sevgisini və rəğbətini daha da artırır».

SİYASİ ƏFVLƏRLƏ BAŞLAYACAQ «AÇILIM PAKETİ»?

«Yeni Müsavat» qəzeti yazır ki, yaxınlarda keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev azadlıqda olacaq:

«...Hakimiyyət yalnız beynəlxalq güclərin tələblərinə hesablanan gedişlərlə vəziyyətdən çıxmağa çalışacaq. Onlardan ən birincisi də əfv vasitəsi ilə bir sıra siyasi dustaqların azad edilməsidir. Daha sonra, ölkə prezidentinin inauqurasiya çıxışında bir sıra açılımların, o cümlədən də demokratik islahatların, düşərgələrarası dialoqun anonsları veriləcək. Hakimiyyət texnoloqları bütün gücləri, o cümlədən də təsir altına aldıqları lobbi quruluşları vasitəsi ilə çalışacaq ki, seçkidən sonra Qərb paytaxtlarından gələn dalğanın qarşısını alsın, onun ölkənin demokratik ictimaiyyətini hərəkətə gətirməsinə imkan verməsin. Ehtiyat variant kimi, Avropa paytaxtlarından və Vaşinqtondan gələn təzyiqləri neytrallaşdıra biləcək ən son addıma - ənənəvi müxalifətlə dialoq elanına və yanvar ayından etibarən iqtidarda demokratik düşərgə nümayəndələrinin də təmsiliyyəti bəyanına da gedəcəklər. Bunun davamı olaraq, növbəti parlament seçkilərində ənənəvi müxalifətin liderlərinin və öndərliyinin təmsil olunacağına təminatların verilməsi də dayanır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG