Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:52
-
Bazar günü Səudiyyə Ərəbistanında 2 milyonadək zəvvarın həcc ziyarəti başlayıb. Zəvvarlar Məkkədən qonşu Minaya qatarla, eləcə də piyada gediblər. Minada onlar dua edəcək və dincələcək. Bazar günü isə Ərəfat dağına qalxacaqlar.
Bu il Səudiyyə Ərəbistanında MERS virusundan daha çox ölüm halı – dünyadakı 60 hadisədən 51-i qeydə alınıb. Ona görə də zəvvarların öz ölkələrinə qayıdarkən bu virusu yaya biləcəklərindən narahatlıq var.
MERS, SARS virusundan daha ölümcüldür, ancaq daha az keçicidir. 2003-cü ildə SARS-dan Asiyada yüzlərlə adam ölüb.
Səudiyyə rəsmiləri həcc mərasimi zamanı böyük tibbi və mülki müdafiə resurslarını səfərbər edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG