Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:01

«İlin axırına qədər efir 100% rəqəmsallaşdırılacaq»


-
apa-nın məlumatına görə, bunu 9 ayın yekunlarına dair iclasda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Hədəfə artıq 96% nail olunduğunu deyən nazir bildirib ki, proses bu sürətlə davam edərsə, ilin axırına qədər efir 100% rəqəmsallaşdırılacaq.

Nazir bu ilin fevralında orbitə buraxılan «Azərspace-1» peykinin xidmətlərindən əldə olunan gəlirləri də açıqlayıb. Əli Abbasov bildirib ki, ilin sonuna qədər Azərbaycan peykinin göstərdiyi xidmətlərdən təxminən 10 milyon dollar gəlir əldə etməyi planlaşdırır.
XS
SM
MD
LG