Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:13

NƏHƏNG QASIRĞA HİNDİSTANA YAXINLAŞIR


“Phailin” qasırğası Hind okeanından dünyanın ən sıx məskunlaşmış ərazilərindən birinə, Hindistana doğru irəliləyir.

Meteroloqlar bildirilər ki, “Phailin” Hind okenaında indiyədək qeydə alınan ən güclü qasırğadır – olçüsü Hindistan ərazisinin az qala yarısına bərbaərdir. Onun Gopalur şəhəri ərazisində sahilə çatacağı, bu zaman küləyin saatda 220 km sürət alacağı gözlənilir.

Güclü küləklə yanaşı qasırğa böyük daşqınlara da səbəb ola bilər. Dəniz səviyyəsindən aşağı olan böyük bir ərazi su altında qala bilər. Minlərlə insanın həyatı təhlükədə olduğu bildirlir.

İndiyədək 400 minə yaxın adam ən təhlükəli ərazilərdən köçürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG