Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:50

AXCP yeni qərargaha köçüb



-
Oktyabrın 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) «Şərq» bazarının arxasında, Tələt Şıxəliyev 8 ünvanında ikimərtəbəli qərargah icarəyə götürüb.

Partiya sədrinin müavini Gözəl Bayramlı uzun müddət qərargahsızlıqdan sonra icarəyə götürdükləri yerin normal olduğunu deyir:

«Bizim üçün normaldır. İclas zalı var. İki mənzilin birləşməsindən ibarət bir qərargahdır. İcarəhaqqı yüksək deyil. Biz bunu mətbuata açıqlamaq istədik, amma müqavilə imzaladığımız sahibkar istəmədiyi üçün bunu etmədik».

Gözəl Bayramlının dediyinə görə, onlardan əvvəl həmin qərargahda Açıq Cəmiyyət Partiyası fəaliyyət göstərib.

AXCP 2006-cı ilin noyabrından qərargahsız fəaliyyət göstərib. Partiya 2006-cı il noyabrın 23-dək şəhərin mərkəzində - Xəqani küçəsi 33-də «Azadlıq» qəzetinə məxsus ofisin birinci mərtəbəsində yerləşib. Sonradan ofis sökülüb və yerində Hesablama Palatası üçün yeni bina tikilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG