Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:22

Milli Şuranın seçkilərin nəticələrinə etiraz mitinqi

Azərbaycanda keçirilmiş prezident seçkisinin nəticələrinə etiraz edən Milli Şura Bakı şəhərinin Yasamal rayonunda mitinq keçirib. Mitinqdən sonra saxlananlar olub.


20:23 12.10.2013
19:46 12.10.2013
Mitinqdən sonra fotoreportyor Emin Əliyev zorakılığa məruz qalıb.

Bu barədə AzadlıqRadiosuna o özü məlumat verib. Dediyinə görə, çənəsindən xəsarət alıb:

«Mən çəkiliş aparanda vurdular. Məni vuranın üzünü görə bilmədim, amma polis formasında idi. Çənəmdən xəsarət aldım. Xəstəxanada tikiş qoydular».
19:25 12.10.2013
Milli Şuranın 12 oktyabr mitinqindən sonra azadxeber.net internet qəzetinin xüsusi müxbiri Pərvin Zeynalı Yasamal polisi saxlayıb.

Bu barədə Azadxeber.net portalı məlumat yayıb.

Jurnalist 1 saatdan çox polis bölməsində saxlandıqdan sonra buraxılıb. Jurnalist AzadlıqRadiosuna bildirib ki, polis onu saxlayan zaman onun çəkiliş aparmasına mane olublar və fotoaparatını əlində alıblar.
19:15 12.10.2013
Mitinqdən sonra saxlananlar sərbəst buraxılıb.

Davamı

Şərhləri göstər

XS
SM
MD
LG