Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:23

Nazirə «50/50» prinsipindən şikayət olunub


Arif Cəbrayılov nazirin qəbulunda
Arif Cəbrayılov nazirin qəbulunda
-
Oktyabrın 12-də İqtisadi İnkişaf naziri Şahin Mustafayev Göyçayda bir neçə rayondan olan sakinləri qəbul edib.

Nazirə ilk müraciət edən tikiş fabrikinə məxsus binada yaşayan bir qrup Göyçay sakini olub. Onlar bildiriblər ki, müəssisə özəlləşdirildikdən sonra bina yarımçıq qalıb. Hazırda heç bir yerdə qeydiyyatda olmayan 40 ailə dam örtüyü olmayan bu binada yaşayır. Sakinlər müraciətlərinə indiyə qədər müsbət cavab almadıqlarını da nazirin diqqətinə çatdırıblar.

Göyçay sakini 78 yaşlı Arif Cəbrayılov Qarabağ uğrunda döyüşlərdə həlak olmuş oğluna görə indiyə qədər sosial müavinət ala bilmədiyindən şikayətlənib. O, nazirə deyib ki, hər dəfə aidiyyəti qurumlara müraciət edəndə, ona bu işi «50/50» prinsipi ilə çözməyi təklif ediblər. Şikayətçi deyir ki, məmurlar müavinətin 50 faizini özlərinə istəyirlər.

Bəzi şikayətçilərin problemləri elə yerindəcə araşdırılaraq həll edilib.
XS
SM
MD
LG