Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:27

Azərbaycan futbolçuları ilk qələbəni qazandılar


Azerbaijan -- Football match Azerbaijan-Spain, Baku, 09Jun2009

Azerbaijan -- Football match Azerbaijan-Spain, Baku, 09Jun2009

Dünya çempionatının seçmə mərhələsində oynayan Azərbaycan yığma komandası ilk qələbəsini qazanıb. F qrupunun 9-cu turunda Şimali İrlandiya millisini Bakıda qəbul edən Azərbaycan futbolçuları rəqib qapısından 2 cavabsız top keçiriərək ancaq bu oyunda deyil, turnir cədvəlində də rəqiblərini üstələyiblər. 8 xal toplayan Azərbaycan yığması Şimali İrlandiyanı geridə qoyaraq turnir cədvəlinin 5-ci yerindən 4-cü pilləsinə qalxıb.

Qolları 2-ci hissədə Rüfət Dadaşov və Mahir Şükürov vurublar.

Bu. Azərbaycan yığmasının hesabca 200-cü oyunu idi. 3 xal qazanan Azərbaycan futbolçuları seçmə turnirlər tarixində ilk dəfədir ki. 8 xal toplayırlar. İndiyədək göstərilərn ən yüksək nəticə 7 xal olub.

F qrupunda bu gün daha 2 oyun keçirilib. Luksemburq öz meydanında Rusiyaya 0-4 hesabılə məğlub olub. Portugaliya ilə İsrail görüşü 1-1 başa catıb. Qrupda hazırki vəziyyət belədir

1 Rusiya 9 oyundan 21 xal
2 Portuqaliya 9 - 18
3 Israil 9 - 13
4 Azərbaycan 9 - 8
5 Şimali İrlandiya 9 - 6
6 Luksemburq 9 - 6

Günün bütün mövzuları

XS
SM
MD
LG