Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:25

Moldova homoseksuallığın təbliğinə görə cəza qanununu ləğv etdi


Moldova parlamenti homoseksuallığı təbliğ ertməyə görə cəzanı nəzərdə tutan qanunu ləğv etdi.

Səsvermədən qabaq onlarla pravoslav din xadimləri və kommunistlər parlament binasına giriş qapısının qabağını kəsərək deputatları içəri girməyə qoymayıb. Deputatlar parlamentə arxa qapıdan daxil olublar.

Moldovada homoseksualara qarşı qanunun ləğvini Avropa Birliyi dəstəkləyirdi. Moldova noyabr ayında Avropa Birliyi ilə assosiasiya sazişi imzalamağa ümid edir.
XS
SM
MD
LG