Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:36

Milli Şuraya mitinq xəbərdarlığı


-
Baş Prokurorluq oktyabrın 12-də keçiriləcək mitinqlə əlaqədar Milli Şuraya xəbərdarlıq edib.

apa-nın məlumatına görə, Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev aksiyanın təşkilatçıları - Mustafa Hacıbəyli və Rafiq Daşdəmirova xəbərdarlıq edib.

Oktyabrın 12-də Yasamal Rayon İdman Kompleksinin Stadionunda Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin seçicilərlə icazəli görüşü keçiriləcək. Aksiya təşkilatçılarına «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunun tələblərinə riayət etmək tövsiyə olunub. Həmçinin, ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət etmək tapşırılıb.

İctimai qaydanın pozulacağı halda təşkilatçılara qanunvericiliyin bunun üçün cəza nəzarət tutan maddələri xatırladılıb.
XS
SM
MD
LG