Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:58

Azərbaycan Cümhuriyyətinin ağlayan gözü…


-
Şəfi bəy Rüstəmbəyli

Şəfi bəy Rüstəmbəyli

Bu il Azərbaycan Cümhuriyyətinin ən gənc üzvü Şəfi bəy Rüstəmbəylinin 120 illiyi tamam olur.
1893-cü ildə Qəbələnin Aydınqışlaq kəndində adlı-sanlı bir ailədə doğulan Şəfi bəy Gəncə gimnaziyasında təhsilini başa vurduqdan sonra Kiyev Universitetinin hüquq fakültəsini bitirib.
Əqidəli müsavatçı olub. Zaqafqaziya Seyminin «Müsavat» fraksiyasında iştirak edib.
Cümhuriyyət dövründə «Azərbaycan» qəzetinin baş redaktoru (rusca), Daxili İşlər Nazirinin müavini işləyib.
Şəfi bəy həm də mətbuat haqqında ilk qanunun müəllifi olub.
1920-ci il aprelin 28-də Cümhuriyyət hökumətinin son iclasında hakimiyyəti bolşeviklərə təhvil vermək məcburiyyətindən danışılarkən arxada hönkür-hönkür ağlayan Şəfi bəy bilinməz mühacirət yolunu tutub…
- Mühacirətdə Şəfi bəyin başına nələr gəldi?
- Onun M.Ə. Rəsulzadə ilə ixtilafının arxasında nə dururdu?
- Şəfi bəy Vətəndən ayrı necə yaşadı, nə ilə məşğul oldu?
120 yaşın tamamında 27 yaşından Azərbaycandan uzaq yaşamağa məcbur olan bir vətən mücahidinin izinə düşün.
AzadlıqRadiosunun “İz” proqramının “Azərbaycan Cümhuriyyətinin ağlayan gözü” radiodastanını dinləyin.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG