Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:28

Brazilyada dünya kubokunun final yarışlarına biletlərə 6 milyon müraciət var


FİFA bildirir ki, 2014-cü il Braziliyada keçiriləcək futbol üzrə Dünya Kuboku yarışlarının biletlərini almağa 6 milyon müraciət var. Bu, biletlərin sayından təxminən 2 dəfə çoxdur.

FİFA bildirir ki, 203 ölkədən 6 milyon 164 min müraciət olunub. Bilet istəyənlərin 70 faizi Braziliyanın özündəndir. Ölkələr arasında sakinlərinin müraciətlərinin sayına görə ikinci yerdə ABŞ-dır. Sonrakı yerlərdə Argentina və Almaniya gəlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG