Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:35

Baş pediatr: “Azərbaycanda uşaqlar arasında soyuqdəymə xəstəlikləri və virus infeksiyası yayılıb”


-
Sentyabr-oktyabr aylarında Azərbaycanda havaların qəfildən dəyişməsi nəticəsində uşaqlar arasında soyuqdəymə xəstəlikləri və virus-infeksiyası yayılıb. Bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev deyib.
O bildirib ki, sentyabrın 15-20-dən sonra havaların soyuması, həmçinin məktəblərin və bağçaların işə başlaması nəticəsində soyuqdəymə xəstəlikləri, virus-infeksiya çoxalmağa başlayıb. N.Quliyevin sözlərinə görə, kütləvi xəstələnmə olmasa da, uşaqlar arasında xəstəliyin yayılmasının pik səviyyəsi bir neçə gün davam edib: “Sentyabrın 15-dən sonra havalar qəfildən soyumağa başlayanda valideynlər uşaqları normal geyindirmədilər, məktəblər başlandığından uşaqlar müəyyən kollektivlərdə cəmləndi. Kollektivlərdə isə bir uşaq xəstələnən kimi digərlərini də asanlıqla bu virusa yoluxdururdu. Hazırda xəstələnmənin pik səviyyəsi artıq ötmək üzrədir. Son 2-3 gündə bu xəstəliklərin müşahidə edilməsində azalma var”.

Günün bütün mövzuları

XS
SM
MD
LG